"Çimnazla biz qonşu idik. Azadlıq metrosunun yaxınlığında, İbrahimpaşa Dadaşov 71 ünvanında yaşayırdı. Biz tez-tez liftdə qarşılaşırdıq. Çox mehriban, mülayim, problemsiz qadın idi. Hər dəfə böyük sevgi və mehribanlıqla salamlaşırdı. O 14, biz isə 16-cı mərtəbədə qalırdıq. Dəfələrlə məni evinə də dəvət etmişdi. Sadəcə olaraq vaxt edib getməmişdim. Amma qızıma deyirdim ki, gərək bir dəfə gedək. Heç kimlə problemi yox idi, hamıyla dostcasına salamlaşırdı”. Bunu Medianews.az-a açıqlamasında bu gün vəfat edən aktrisa Çimnaz Sultanovanın qonşusu Sevinc Axundova deyib. O daha sonra əlavə edib: "Bilirsiniz ki, mən "Ögey ana” filmində Cəmilə roluna çəkilmişəm. Bilirdi, tanıyırdı. Hətta bir dəfə ikimiz də birlikdə evdən çıxdıq. Hər ikimiz televiziyaya dəvət almışdıq. Elə bildi ki, eyni televiziyada olacağıq, sevinmişdi ki, birlikdə gedək. Tək yaşayırdı. Hətta bir dəfə səsini eşitdim. Sən demə maşını saxlayıb ki, marketə gedib çörək alsın, maşınını evakuator aparmışdı. Gördüm ki, əsəbləşib. 7-8 il qonşu olmuşuq. Sonra eşitdik ki, yarım il olar ki, bağa köçüb. Bir dəfə də plastik əməliyyatdan gəlirdi. Gözünə, üzünə əl gəzdirmişdi. Sifəti şiş idi. Səhhətini soruşdum, dedi ki, yaxşı olacaq, müvəqqəti belədir. "Vicdan haqqı” serialında Larisa obrazını o qədər inandırıcı oynamışdı ki, ona Çimnaz yox, Larisa deyirdim. Hətta deyirdi ki, elə qısaca Lara de. Xəstəliyinə inanmaq olmur. Çox güclü, dözümlü xanım idi. Onu həmişə sağlam bilirdim. İnsanlar sosial şəbəkədə tənqid yazırlar. Bəziləri sevinir. Bir insanın ölümünə necə sevinmək olar? Günahdır. Yazıqdır. Allah rəhmət etsin. Bu gün də 43 yaşı tamam olurdu. Özünəməxsus rolların ifaçısı idi. Şou proqramlarda iştirak edirdi. Səhər gedib, axşam gəlirdi. Heç kimdə işi yox idi” deyə Sevinc Axundova deyib. Aktrisa Sonaxanım Əliyeva Medianews.az-a açıqlamasında bildirib ki, Çimnaz Sultanovanın xəstəliyindən xəbərsiz olub: "Bir neçə ay bundan əvvəl danışmışdıq. Başımız işlərimizə qarışmışdı. Hamımızın qayğıları var idi. Novxanıda özünə yeni bağ tikdirmişdi. Sevinirdim ki, hər şey yaxşıdır. Xəstəliyini bizdən gizlədib. Heç bir dəfə də olsun deməyib ki, filan yerim ağrıyır. Ata-anası, bacısı, bacısı uşaqları var idi. Öz oğlu xaricdə təhsil alırdı, orada yaşayırdı. Yoldaşının yanına göndərmişdi oğlunu. Heç bilmirəm oğlu gəlib burdadır yoxsa yox? Hələ də şokdayam, Çimnazın ölümünə inanmıram” deyə aktrisa bildirib.
Yeni doğulan uşaqlara eyni adların təkrar-təkrar verilməsinin qarşısı alınmalıdır. Bunu Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. O bildirib ki, Azərbaycan dilində izahlı lüğətlər hazırlanıb: "Bu lüğətlərdə 12-13 minə qədər ad öz əksini tapıb. Bir məktəbdə, sinifdə Əli, yaxud Fatimə adının 15-20 nəfərə verilməsi yaxşı hal deyil". Sayalı Sadıqova uşaqlara mürəkkəb adların verilməsini də yaxşı hal hesab etmir: "Məsələn uşağa Zeynəb, Fatimə, Məryəm adlarının birlikdə verilməsi ilə bağlı müraciət edilmişdi. Bu adların ancaq birinin yazılması tövsiyə edilib". ///modern.az
"Bir az əvvəl Milli Onkologiyanın kimyaterapiya şöbəsinin müdiri ilə danışdım. Onun sözlərinə istinadən bildirirəm ki, mərhum aktrisa Çimnaz xanım 2022-ci ilin əvvəlində həkimin yanına əzələ toxuması diaqnozu ilə gəlib. Həkim tövsiyyə edib ki, kimyaterapiya lazımdır. Deyəsən, oraya əməliyyat olduqdan sonra gedibmiş. Çimnaz isə razı olmayıb". "Gerb•Az" xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli sosial şəbəkədə paylaşdığı videoda deyib. O, xərçəngdən vəfat edən mərhum aktrisa Çimnaz Sultanovanın 3 dəfə kimyaterapiya qəbul etdiyini bildirib: "2022-ci ilin sonlarında yenidən Milli Onkologiyaya gəlib və görüblər ki, şiş qarın boşluğuna metastaz verib. Həkim izah edib ki, kimyaterapiya almalısan, yoxsa yaxşı olmayacaqsan. Yenə də razılaşmayıb. İmtina etməsinin səbəbi isə saç və qaşlarının tökülməsini istəməməsi olub. O da gözəlliyinə aşiq olduğu üçün istəməyib. 2023-cü ilin dekabrında üçüncü dəfə qaraciyər metastazı ilə yenidən həkimə müraciət edib. Bu müddət ərzində isə onun əməliyyatlarını başqa klinika edib. Heç birinə Milli Onkologiya qarışmayıb. Ona tövsiyyə ediblər ki, əməliyyatdan sonra kimyaterapiya etdir. Üçüncü dəfə isə ard-arda 3 kurs kimyaterapiya alıb. Həftə ilə xəstəxanada qalıbmış və ona yaxşı qulluq edilib. Sonuncu dəfə kimyaterapiya aldıqdan sonra görüb ki, saçları və qaşı tökülür, o gedən gedib. Bir il bir ay ərzində onu xəstəxanada görən olmayıb". Nazilə Səfərli həmçinin həkimin sözlərinə istinadən qeyd edib ki, Çimnaz Sultanova kimyaterapiyanı düzgün qəbul etsəydi, daha 1-2 il yaşaya bilərmiş. Qeyd edək ki, ötən gün ad günündə dünyasını dəyişən aktrisa Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub.
Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur. "Gerb•Az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna omaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər. Tələb olunan sənədlər: - C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi; - şəxsiyyət vəsiqəsinin surəti; - hərbi biletin surəti; - tərcümeyi-hal; - rəngli fotoşəkil (2 ədəd 3x4 və 2 ədəd 4.5x6 sm ölçüdə); - qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin olmaması barədə) arayış.
AMEA-nın keçmiş rəhbəri akademik Akif Əlizadə bəzi vətəndaşlar tərəfindən səmavi qüvvələri olduğuna inanılan, Ətağa kimi tanınan fiziki məhdudiyyətli Mir Mövsüm Ağa haqda fikirlərini bölüşüb. "Gerb•Az" xəbər verir ki, akademik APA-ya müsahibəsində adıçəkilən şəxs haqda çoxlu əfsanə dolaşdığını bildirib. "O əfsanələrin nə qədərinin həqiqət olduğunu bilmirəm. Amma bir şeyə əminəm ki, Ətağa cəddinə inam gətirən, onun cəddini çağıran insanlar istədiklərinə nail olublar. Hətta başqa millətlərdən olsalar belə” -, deyə A.Əlizadə deyib. O, jurnalistin Mir Mövsüm Ağa haqda suallarını belə cavablayıb: - Siz özünüz də onun cəddini çox çağırmısınız? - Bəli. Bir dəfə mən xaricdəydim, cəddini çağırdım, açıldı yollar. - Gələndən sonra da türbəsini ziyarətə gedib nəzir vermisiniz? - Bəli, Şüvəlana. - Mir Mövsüm Ağanın sağlığında da əfsanələr dolaşırdı? - Sağlığında çox dolaşmırdı. Öləndən sonra yayıldı. Bəzi şeylər ola bilər uydurmadır, deyə bilmərəm. Amma mən özüm həyatımda onun cəddini hiss etmişəm. Danışım da sizə. Bir dəfə Yuqoslaviyaya ezamiyyətə getmişdim. Belqradda bir həftə gəzdim. Elə oldu ki, iki gün qabaq bütün pullarımı xərclədim. Səhər uçmalıyam, cibimdə bir qəpik də qalmayıb. Amma fikirləşdim ki, eybi yox, hoteldə səhər yeməyini yeyəndən sonra onsuz Moskvaya uçasıyıq. Orada xərcləməyə rublum var idi. Səhər oyandıq, gördük dumandan göz-gözü görmür. Aeroporta gəldik, dedilər ki, uçuş təxirə salınıb. Başladım, Mir Mövsüm Ağanın cəddinə yalvarmağa. Özüm də susamışam. - Və dua edirsiniz. - Hə, dua edirəm. Bir də gördüm, ay seyid, bir gün çıxdı... Gözlərim yaşardı. Dedilər təyyarə gəlir, sevinc doldu ürəyimə. Olub, çox olub. Əşşi, birini də danışacağam. Burada direktor olduğum vaxtlardır, Amerikaya səfərim var. Sabah Amerikaya uçmalıyam. Pirşağıda bağda hovuz düzəltmişəm. Hovuza düşmək üçün usta deyib nerjoveyka (paslanmayan dəmir-M.A.) pilləkən lazımdır. Bir aydır axtarıram. Hara özümü vururam, tapa bilmirəm. Usta da tələsdirir, narahatam ki, işim qalacaq. Sürücüyə dedim, sür Sabunçuya, orada bir təsərrüfat mağazası var, ora baxaq. Seyid, təsərrüfat mağazasına çatar-çatmaz gördüm, orada dörd dənə mən istəyən nerj. Dördü də bir-birinin yanında qoyulub, gəl apar... Cəddini çağırmışdım! Kömək elədi. Aldım apardım, ustaya verdim, mən gəlincə Amerikadan, düzəltdi qoydu yerinə... Ona mən çox inanıram. Elə insanlar Allah tərəfindən vasitəçi, korrespondent kimi yaradılır.
Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi Mərdan Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Hələlik Mərdan Əliyevin yerinə təyinat yoxdur.
Diqqət: Uşaqlar Arasında Yayılan Ağır Simptomlu Xəstəliklə Bağlı Mühüm Müraciət Son günlərdə ölkəmizdə, xüsusilə uşaqlar arasında sürətlə yayılan və qripə bənzər ağır simptomları olan xəstəlik geniş yayılmağa başlayıb. Bu vəziyyət valideynlər üçün ciddi narahatlıq yaratmalı və hamını diqqətli olmağa sövq etməlidir. "Gerb•Az" olaraq hər kəsi bu xəstəliyə qarşı tədbir görməyə çağırırıq. Uşaqlarda Müşahidə Edilən Əsas Simptomlar: Yüksək hərarət Güclü öskürək və boğaz ağrısı Halsızlıq və iştahanın azalması Tənəffüs çətinliyi Bu əlamətlərdən hər hansı biri varsa, uşaqlarınızı evdə saxlayın və onların təmaslarını minimuma endirin. Vacib Tədbirlər: 1. Uşaqlarınızı maska taxmağa alışdırın və ictimai yerlərdə maska taxmalarını təmin edin. 2. Əllərinin təmizliyinə nəzarət edin, sabun və ya dezinfeksiyaedici məhlullardan istifadəni təmin edin. 3. Uşaqlarınızı qapalı və sıx yerlərdən uzaq tutun. 4. İmmunitetlərini gücləndirmək üçün düzgün qidalanmalarına diqqət edin. Xahiş edirik, qaydalara əməl edərək həm öz uşaqlarınızı, həm də ətrafınızdakıları qoruyun. Unutmayın ki, birgə məsuliyyət bu xəstəliyin yayılmasının qarşısını almağa kömək edəcək. "Gerb•Az" olaraq sizə sağlam günlər arzulayır və diqqətli olmağa çağırırıq!
Azərbaycan incəsənətinin dəyərli nümayəndəsi Azər Baxşəliyev bu gün son mənzilə yola salınır. Onun vaxtsız vəfatı sənətsevərləri, dostlarını və ailəsini dərin kədərə qərq edib. Gerb•Az-ın rəhbəri Mirabbas Məmmədzadə Azər Baxşəliyevin ailəsinə və yaxınlarına başsağlığı verərək, onun sənət dünyasında və xalqın qəlbində silinməz iz qoyduğunu vurğulayıb: "Azər Baxşəliyev Azərbaycanın incəsənət dünyasında unudulmaz bir şəxsiyyət idi. Oynadığı hər bir obrazda insanlara duyğu, həyat və müdriklik aşılamağı bacardı. Təəssüf ki, həyat ona ağsaqqallıq mərhələsinə çatmağı nəsib etmədi. Lakin onun sadəliyi, nəcibliyi və insanlığı həmişə yaddaşlarda yaşayacaq. Bu ağır itkini xalqımız və sənətsevərlər ilə birlikdə dərin hüznlə hiss edirik." Mirabbas Məmmədzadə əlavə edib: "Azər Baxşəliyev kimi dəyərlər həmişə qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin, ailəsinə və yaxınlarına səbr versin." Azər Baxşəliyev bu gün günorta saatlarında Sabunçu qəbiristanlığında dəfn olunacaq. Onun sənəti və insani keyfiyyətləri xalqın yaddaşında əbədi qalacaq. Allah rəhmət eləsin!